Azərbaycan Dövlət İnformasiya Agentliyi

“O gecənin şaxtası hələ də ürəkləri üşüdür” - Soyqırımı şahidləri AZƏRTAC-a danışırlar VİDEO

Xocalı, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət ən ağır cinayətlərdən birinə — Xocalıda dinc insanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiyi soyqırımına şahidlik etdi. Həmin gecə Xocalı şəhəri erməni qəsbkarları tərəfindən yerlə-yeksan olundu. 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Aradan 34 il keçsə də, xalqımız bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində daşıyır, o qanlı gecənin şaxtası hələ də ürəkləri üşüdür.

AZƏRTAC-ın bölgə müxbiri Xocalıda olub, 34 il əvvəl baş verən qanlı hadisələri sakinlərin dilindən dinləyib.

Soyqırımının şahidi, insanların ümid yolu - Qarqar çayı

34 il əvvəlki qanlı hadisələrin şahidi olan Qarqar çayı həmin gecə həm də minlərlə insanın son ümid yeri idi. O qanlı gecədə Xocalı sakinləri buz kimi suyun axarı istiqamətində addımlayır, qarlı-şaxtalı gecədə çayı keçərək Ağdamın işığına çatmağa çalışırdılar. Lakin qaranlıq təkcə meşələri deyil, həm də insanlığını itirmiş cəlladların qəlbini bürümüşdü, qarşıda onları xain pusqu və amansız ölüm gözləyirdi. Erməni silahlı dəstələri dinc insanları - əlləri titrəyən qocaları, körpəsini bağrına basmış anaları və taleyi yarımçıq qalmış uşaqları elə bu yerlərdə, Qaraqaya yaxınlığında amansızcasına gülləbaran etdi. Həmin gecə Qarqar çayının şırıltısı güllə səslərinə, suyunun saflığı isə günahsız insanların qanına qarışdı, sahillər və ətraf ərazilər yerlə göyün birləşdiyi fəryad və kədər vadisinə çevrildi.

Ayın soyuq işığı altında donan bu torpaqlar sanki həmin gecəyə şahidlik etməkdən utanıb sükuta qərq olmuşdu. Günahsız insanların qar üzərində donan al qanları xalqımızın dinməyən ağrısı kimi tarixə həkk olunarkən, meşənin uğultulu səsi yarımçıq qalmış ömürlərin hüznlü nəğməsini xatırladırdı. Həmin gecədən bəri Qarqar çayı sadəcə bir axar su deyil, ruhumuzda dinməyən matəm nəğməsi, sahillərdəki buzlu qayalar isə törədilən cinayətlərin səssiz və soyuq şahidləridir. Zaman keçsə də, Qarqarın sahillərindən gələn hər meh hələ də özündə o müdhiş gecənin şaxtasını və qeyb olmuş gülüşlərin həsrətini daşıyır.

“Qadınların, uşaqların ah-naləsi yaddaşımdan çıxmayıb”

Xocalı sakini Firudin Əliyevlə Qarqar çayının sahilinə yaxınlaşırıq. İllərin yorğunluğunu və kədərini çiyinlərində daşıyan Firudin kişi bir müddət lal sükuta qərq olub, dərindən köks ötürür. Onun dalğın nəzərləri sanki çayın bulanıq sularında 1992-ci ilin qanlı fevral gecəsinin izlərini axtarır: “Mən fevralın 19-da ağır yaralandım. Bu, ikinci güllə yarası idi. Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum etdilər. Elə vəziyyət yaranmışdı ki, hücumun qarşısını ala bilmədik. Həmin gecə elə dəhşətli idi ki, qadınların, uşaqların ah-naləsi yaddaşımdan çıxmayıb. Xocalının özündə də çox itkimiz oldu. Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, camaat Qarqar çayını keçərək xilas olmağa çalışırdı. İnsanların bir hissəsi Kətik tərəfə, digər hissəsi isə dağı keçib Ağdamın Abdal-Gülablı kəndinə doğru istiqamət aldı. Ermənilər Qarqar çayını keçən Xocalı sakinlərini pusquya salaraq qətliam törətdilər. İnsanlar şaxtadan donub həyatlarını itirdilər. Mənim qardaşımın ailəsi də həmin gecə itkin düşdü. Qardaşım, həyat yoldaşı və iki uşağı barədə hələ də bir xəbər yoxdur. Mən yaralı halda Qarqar çayına qədər gəldim. Dayım oğlu məni belinə alıb çayı keçəndə yıxıldı, buz kimi suya düşdük... Şaxtalı günlərdə ayın sonuna qədər meşədə qaldım. Həm də çoxlu qan itirmişdim. Böyürtkənin yarpağını, qarı yeyirdik ki, taqətimiz olsun. Beləcə, çox çətinliklə Ağdama gedib çıxa bildim”.

Bitməyən ana ağrısı

Qarqar çayının sahilində soyuq və kədərli xatirələri dinləyib, Xocalının yenidən qurulan müasir küçələrinə üz tuturuq. Məkan eyni olsa da, zaman fərqlidir. 34 il əvvəl burada atəş, fəryad və nalə səsləri eşidilirdi. İndi isə bu küçələrdə sakitlikdir. Uzun illərin həsrətindən sonra doğma yurdlarına qayıdan Xocalı sakinləri qəlblərində qayıdışın sevinci ilə yanaşı, 34 il əvvəlki faciənin kədərini də daşıyırlar.

Xocalıda yeni inşa edilmiş evlərdən birinin önündə Fitat Məmmədova ilə rastlaşırıq. Bizi sanki illərdir içində böyütdüyü o sönməyən atəşi bölüşmək istəyirmiş kimi doğma ocağına dəvət edir. Evə daxil oluruq. Fitat ana danışdıqca qəhər onu boğur, baxışları uzaqlarda qalan qanlı xatirələrə dikilir: “Xocalıda doğulub, Xocalıda böyümüşəm. Bütün Xocalı sakinləri kimi mən də ağır günlər görmüşəm. Biz burada mühasirə şəraitində yaşayırdıq. Gecələr ətrafdakı dağlardan atəşə tuturdular. Körpəmi qucağıma alıb beton sığınacağa girir, ara sakitləşəndə çıxırdıq. Mənim iki yaşlı oğlum ermənilərin atdığı raketin qurbanı oldu. İlk dəfə ürəyim o vaxt yaralandı. Mənim burada 5 şəhidim var. Həyat yoldaşım, oğlum, 2 qardaşım, 1 qardaşım oğlu...”.

Həmin gün Xocalıda sanki göydən qar deyil, ölüm yağırdı. Fitat xanımın həyat yoldaşı Vətən sorağında, postda, özü isə ana ocağında idi. Erməni silahlıları şəhəri hər tərəfdən od-alova bürümüşdülər. Güllələr evin damına dolu dənələri kimi tökülür, dinc sakinlərin nəfəsini kəsirdi. Gecənin zülmətində saat 3-ə qədər qorxu içində gözlədikdən sonra qardaşının “çıxmalıyıq” nidası onun son ümid çırağına çevrilir.

Fitat xanım deyir ki, küçələrdə zirehli texnikalar nərilti ilə hərəkət edir, ölümü hər addımda yaxınlaşdırırdı. Onlar qonşuların çəpərlərindən keçə-keçə məktəbin yanına, oradan isə Qarqar çayının buzlu ağuşuna sığınıblar. Suyun soyuqluğu iliklərə işləyirdi. Çayın içindən keçib dəmir yoluna çatsalar da, Fitat xanım üçün yol burada daha da çətinləşib. O, bətnində gələcək övladını daşıyırdı. “Çayı keçib dağ-meşə ilə gedə bilməzdim. Dedim siz gedin, mən gedə bilmirəm. Anamla qardaşım çayı keçib meşə ilə getdilər, mən isə dəmir yolunun üstü ilə. Əsgərana çatanda gördüm ki, bir yaşlı kişi də var. Ermənilər işıq salırdılar. İşıq bizə tərəf gələndə gizlənir, sonra davam edirdik. Bir az getmiş bədənimdə istilik hiss etdim – güllə dəymişdi. Bir təhər Ağdamın Qaraağacı qəbiristanlığına gəlib çatdıq. Ağdamlı döyüşçülər bizi götürdülər. Beləcə xilas oldum. Bir gün sonra anam da gəldi. Martın 2-də “KamAZ”la 80-dən çox cəsəd gətirdilər. Məscidə getdik, gördük ki, yoldaşımı, qardaşımın birini və qardaşım oğlunun cəsədlərini yan-yana qoyublar. Bir qardaşımın cəsədi isə martın 19-da gətirildi...”.

Şəhid qanı ilə suvarılan torpaqda yeni həyat

Bu kədərli söhbətdən sonra həyətə çıxırıq. O, yeni əkdiyi ağaclara su verərkən, sanki suyun şəfası ilə illərin bitib-tükənməyən kədərini yuyub aparır, yaralı yaddaşının sızıltısına məlhəm qoyurdu. Su torpağa hoparkən 34 il əvvəlki qanlı gecənin kəskin şaxtasını, barıt qoxusunu da yavaş-yavaş yuyub aparırdı. Bu mənzərə mənə bir vaxtlar qan gölünə dönən torpağın, indi bahar təravəti və gül qoxusu ilə yenidən nəfəs aldığını pıçıldayır. Fitat xanım torpaqdan yüksələn, yaşamaq eşqi ilə boylanan hər bir tumurcuğa, hər bir çiçəyə sanki bir əzizini oxşayırmış kimi baxaraq deyir: “Biz bu gün şadıq ki, torpağımız azad olunub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Bu gün şəhidlərimizin qanı tökülən bu torpaqlarda əkdiyimiz hər bir gül, hər bir ağac bizim üçün onların xatirəsinin yaşadılmasıdır. Təsəlli tapırıq ki, itirdiyimiz torpaqları geri ala bilmişik. Artıq Xocalının bağrında ölümün o soyuq nəfəsi deyil, həyatın sönməz və gənc baharı dövr vurur. Xocalıya həyat yenidən qayıdıb”.

Xocalı yaşayır, Xocalı unudulmur...

Artıq doğma sakinlərini ana ağuşu tək qoynuna alan Xocalıya həyat bütün ehtişamı ilə yenidən qayıdıb. Bir vaxtlar barıt tüstüsünün boğduğu küçələrdə indi şən uşaq gülüşləri əks-səda verir, hər həyətdə sülhün və dirçəlişin rəmzi olan yeni fidanlar boy atır. Axşamlar pəncərələrdən süzülən işıqlar sadəcə evləri deyil, 34 il zülmətdə qalan ümidləri də aydınladır.

Xocalı artıq tarixin yaddaşında təkcə bir faciənin və ağrının adı deyil, sarsılmaz xalq iradəsinin, “Böyük Qayıdış”ın və milli dirçəlişin əzəmətli abidəsidir. Şəhid qanı ilə suvarılan bu torpaqlar indi yenidən nəfəs alır, hər əkilən ağac, hər açan gül sanki bir həqiqəti pıçıldayır: Xocalı yaşayır, Xocalı unudulmur...

“O gecənin şaxtası hələ də ürəkləri üşüdür” - Soyqırımı şahidləri AZƏRTAC-a danışırlar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir