Ödənişli yolda baş verən qəzada ölən və yaralananların adları müəyyənləşib
Siyəzən, 13 yanvar, Elxan Yusifli, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun 108-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində "BMW" markalı avtomobil aşıb.
Qəza nəticəsində sürücü, 1997-ci il təvəllüdlü Cəfər Həsənov hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişinlər - 1998-ci il təvəllüdlü Leyla Qocayeva, Nərmin Təhməzova və Emin Xudiyev xəsarət alıblar.
Yaralılar Şabran rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [23:18]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [20:54]
Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO
- 09.10.2026 [19:57]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:05]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [18:49]