“ODESSA-BRODI” NEFT KƏMƏRİ QDANSKADƏK UZADILACAQDIR
O demişdir ki, hazırda neft kəmərinin Almaniyanın Vilhelmshaffen limanınadək daha bir qolunu tikmək barədə bu ölkənin hökuməti ilə danışıqlar aparılır. Bu, neft tranzitini və onun dənizlə nəqlini artırmağa imkan verəcəkdir.
Xatırladaq ki, fevralın 16-da Varşavada Ukraynanın Baş naziri Yuri Yexanurov və Polşa Nazirlər Şurasının sədri Kazimej Martsinkeviç “Odessa-Brodı” neft kəmərinin Plotskadək uzadılması layihəsini dəstəkləyən birgə bəyannamə imzalamışlar.
“Ukrtransnafta” ASC illik gücü 9 milyon ton və uzunluğu 674 kilometr olan “Odessa-Brodı” neft kəmərinin tikintisini başa çatdırmışdır. Xəzər neftinin Avropaya nəqli üçün bu kəmərin Plotska qədər uzatmaq əvvəlcədən nəzərdə tutulmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]