İDMAN
“Odlar Yurdu” boks klubu Almaniyada Azərbaycanı uğurla təbliğ edir







Berlin, 10 mart, AZƏRTAC
Almaniyanın Saksen-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” boks klubu yeni uğura imza atıb.
AZƏRTAC xəbər verir ki, martın 8-9-da Maqdeburqda keçirilən federal birincilikdə klubun iki üzvü turnirin qalibi olublar. Uşaqlar arasında yarışda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan 13 yaşlı Dmitro Turkules qalib adını qazanıb. Yeniyetmələrin mübarizəsində isə 15 yaşlı Bleoren Halili 66 kiloqram çəki dərəcəsində hamıdan güclü olub.
“Odlar Yurdu” boks klubunun rəhbəri, peşəkar bokşçu Azad Əzizov bunun həm idmançılar, həm də klub üçün böyük uğur olduğunu qeyd edib. O, klubun son iki ildə qazandığı uğurlar sayəsində Almaniyada boks idmanı sahəsində daha çox diqqət cəlb etdiyini bildirib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin