CƏMİYYƏT
Oğurluq etdiyinə görə tutulmuş şəxslərin digər cinayət əməlləri törətdikləri müəyyənləşdirilib
Bakı, 15 fevral, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsi 17-ci polis şöbəsinin, Nizami Rayon Polis İdarəsi 23-cü polis bölməsinin və Xətai Rayon Polis İdarəsi 37-ci polis şöbəsinin əməkdaşları oğurluq etdiyinə görə tutulmuş H.Dadaşzadənin və A.Həsənovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onların fevralın 14-nə keçən gecə Nərimanov rayonundakı gözəllik salonlarının birindən 180 manat pul, Xətai rayonundakı gözəllik salonlarının birindən 1800 manat olan pulqabı və mobil telefon oğurlamaları da müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, A.Həsənovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 14-nə keçən gecə Nizami rayonundakı mağazaların birindən 1723 manat pul, 1 ədəd qol saatı və mobil telefon oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.