Oğurluq etdiyinə görə tutulmuş şəxslərin digər cinayətlər törətdiyi də müəyyənləşdirilib
Bakı, 17 mart, AZƏRTAC
Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun və H.Dadaşzadənin ətraflarında Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin və Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayonların ərazisindəki dörd mağazadan ümumilikdə 2530 manat pul, 3 ədəd mobil telefon və 300 manat dəyərində maqnitofon oğurlamaları da müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 14-də Nəsimi rayonundakı mağazaların birindən 11450 manat dəyərində noutbuk, parfümeriya, çantalar və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Sultanov və R.Ağarəşidov rayon polis idarəsinin 22-ci polis şöbəsi əməkdaşları tərəfindən yaxalanıblar.
Faktlarla bağlı araşdırmalar davam edir.