Oğuz rayonunun Daşağıl çayı hövzəsində ekoloji monitorinq aparılıb
Bakı, 7 aprel, AZƏRTAC
AMEA Şəki Regional Elmi Mərkəzin Ekoloji coğrafiya və Landşaftşünaslıq şöbələrinin əməkdaşları tərəfindən Oğuz rayonunun Yaqublu, Bucaq, Muxas, Baş Daşağıl kəndləri və Daşağıl çayının ətraf ərazilərində ekoloji monitorinqlər aparılıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Monitorinq zamanı Daşağıl çayının gətirmə konusunda sellərin gətirmə səviyyəsinin öyrənilməsi üçün ölçü işləri yerinə yetirilib, son illərdə baş verən qlobal iqlim dəyişkənliyinin təbii və antropogen ekosistemlərdə yaratdığı ekoloji vəziyyət tədqiq olunub.