Oğuz taxılçıları indiyədək zəmilərdən 50 min tondan çox məhsul yığıblar
Oğuz, 13 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Taxıl əkilmiş 16 min 135 hektar sahənin 16 min 48 hektarında biçin artıq başa çatdırılıb, zəmilərdən 50 min 51 ton məhsul tədarük olunub. Hər hektarın orta məhsuldarlığı 31,2 sentner təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Bildirilib ki, arpa sahələrində biçin artıq başa çatıb və 12 min 976 ton məhsul istehsal olunub. Hər hektardan orta hesabla 31,2 sentner məhsul götürülüb. Buğda sahələrinin isə 11 min 883 hektarında biçin aparılıb və 37 min 75 ton məhsul əldə olunub. Hələlik rayonun Filfilli və Bayan kəndlərində 87 hektar biçilməmiş buğda sahəsi qalıb. Həmin təsərrüfatlarda da taxıl biçini bir neçə günə yekunlaşacaq.
Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə rayon üzrə ən yüksək məhsuldarlıq toxumçuluq təsərrüfatlarında qeydə alınıb. Belə ki, rayonda fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatının taxıl sahələrində hər hektardan orta hesabla 60 sentnerədək məhsul götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]