OĞUZ VƏ QƏBƏLƏNİN SEÇKİ MƏNTƏQƏLƏRİSƏSVERMƏYƏ HAZIRDIR
116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz Əsədovun verdiyi məlumata görə, dairə üzrə 45 seçki məntəqəsində dəqiqləşdirilmiş son siyahıya əsasən 36 min 285 seçici qeydə alınmışdır. İndiyədək seçicilərin 35 min 886 nəfərinə seçici vəsiqələri paylanmış, 35 min 500 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Dairə üzrə qeydə alınmış 8 namizəddən biri son mərhələdə öz namizədliyini geri götürmüşdür. Seçki məntəqələrində səsvermənin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılmış, məntəqələr zəruri avadanlıq, rabitə və digər texniki vasitələrlə təmin olunmuşdur.
117 saylı Oğuz-Qəbələ seçki dairəsi dairə seçki komissiyasının sədri Aydın Mustafayevdən aldığımız məlumata görə, dairə üzrə 56 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 36-sı Oğuz, 20-si isə Qəbələ rayonu ərazisində təşkil olunmuşdur. Dəqiqləşdirilmiş məlumata görə, seçici siyahılarına 38 min 848 nəfərin adı daxil edilmiş, 38 min nəfərdən çox adam seçici və şəxsiyyət vəsiqələri ilə təmin olunmuşdur. Dairə üzrə namizədliyi qeydə alınmış 11 namizəddən ikisi mübarizəni dayandırmışdır.