Oğuzda 30 ədəd qızılağacını kəsən şəxs saxlanılıb VİDEO
Oğuz, 10 aprel, AZƏRTAC
Oğuzda ağacların kəsilməsinə görə bir nəfər saxlanılıb, barəsində cinayət işi başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Oğuz rayonunun Xaçmazqışlaq kəndi ərazisində 30 ədəd qızılağacının kəsilməsi və təbiətə 6400 manata yaxın maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.
Polis əməkdaşları ağacları kəsməkdə şübhəli bilinən 34 yaşlı Cəsur Məmmədlini saxlayıblar.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Müxbir - Rasim İslamoğlu