OKTYABRDA BƏZİ BÖLGƏLƏRDƏ YAĞINTININ SƏVİYYƏSİ İQLİM NORMASINDAN YUXARI OLACAQDIR
Bakı, 29 sentyabr (AZƏRTAC). Oktyabrda havanın temperaturu iqlim normasına uyğun, bəzi yerlərdə isə normadan 1-2 dərəcə yüksək olacaqdır. Respublika ərazisində yağıntının səviyyəsi qeyri-bərabər bölünəcək, iqlim normasına yaxın, bəzi bölgələrdə normadan aşağı olacaq, yağış yağacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur +17-19 dərəcə ( gecə +12-16 dərəcə, gündüz +17-22 dərəcə, bəzi günlər +25 dərəcəyədək qalxacaqdır), yağıntının səviyyəsi normaya yaxın (17-23 mm), bəzi yerlərdə ondan yuxarı olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur +15-17 dərəcə (gecə 8-13 dərəcə, gündüz +17-22 dərəcə, bəzi günlər +25 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (19-23 mm), bəzi yerlərdə ondan yuxarı olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur +10-13 dərəcə (gecə 4-9 dərəcə, gündüz 11-16 dərəcə, bəzi günlər +20 dərəcəyədək yüksələcəkdir), yağıntının səviyyəsi normaya yaxın (34-48 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur +15-17 dərəcə (gecə -9-13 dərəcə, gündüz 17-22 dərəcə, bəzi günlər +24 dərəcəyə yüksələcəkdir), yağıntının səviyyəsi normaya uyğun (30-61 mm), bəzi yerlərdə ondan yuxarı olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur müsbət +13-16 dərəcə (gecə 7-12 dərəcə, gündüz -7-12 dərəcə, bəzi günlər +23 dərəcəyədək isti), yağıntının səviyyəsi normaya yaxın (34-126 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur müsbət +17-19 dərəcə (gecə 10-15 dərəcə, gündüz 19-24 dərəcə, bəzi günlər +27 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (31-54 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +17-19 dərəcə (gecə 12-16 dərəcə, gündüz 18-23 dərəcə, bəzi günlər 26 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (96-274 mm), bəzi yerlərdə normadan artıq olacaqdır.