Olaf Şolts yenidən prezident seçilməsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Bakı, 30 may, AZƏRTAC
Almaniya Kansleri Olaf Şolts Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edərək, onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
AZƏRTAC “Der Spiegel” jurnalına istinadla xəbər verir ki, Almaniya Federal Hökumətinin mətbuat katibi Şteffen Hebeştraytın sözlərinə görə, Olaf Şolts və Rəcəb Tayyib Ərdoğan hökumətlərarası əməkdaşlığa yeni təkan vermək və ümumi məsələlər üzrə ilkin mərhələdə razılığa gəlmək barədə həmfikir olduqlarını vurğulayıblar.
Almaniya ilə Türkiyənin NATO-da sıx müttəfiq əlaqələrini diqqətə çatdıran Kansler, söhbət əsnasında digər məsələlərlə yanaşı Şərqi Aralıq dənizi, NATO və Avropa İttifaqı məsələlərində Türkiyə ilə çalışmaq istəyini bir daha vurğulayıb. Olaf Şolts, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanı Berlinə dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]