Olimpiada qalibləri “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunacaq
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) olimpiada hərəkatı genişlənir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Elmi şuranın bu gün keçirilən iclasında bununla bağlı qərar qəbul edilib. Rektor Elçin Babayev qeyd edib ki, bu məqsədlə BDU-da ənənəvi olaraq müxtəlif səviyyəli olimpiadaların keçirilməsi, tələbə və şagirdlər arasında olimpiada və digər beynəlxalq müsabiqələrin təşviqi nəzərdə tutulub. Eyni zamanda, tələbə və şagirdlərin olimpiadalara hazırlanması məqsədilə xüsusi məşğələlər keçiriləcək. Həmçinin olimpiadalara hazırlıq səviyyəsində məşğələ aparan müəllim və olimpiada rəhbərlərinin mükafatlandırılması nəzərdə tutulub.
Elmi şurada respublika və beynəlxalq fənn olimpiada qaliblərinin müsabiqədənkənar BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə qəbul olunması da qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]