Olimpiadada triatlonçuların üzgüçülük məşqləri Sena çayının çirkli olması səbəbindən ləğv edilib
Bakı, 28 iyul, AZƏRTAC
Bu günə planlaşdırılan triatlonçuların üzgüçülük məşqi Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Olimpiadanın Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Olimpiya Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinin kifayət qədər zəmanət vermədiyi üçün triatlonun təqdimat tədbirinin bir hissəsini ləğv etmək barədə birgə qərar qəbul ediblər", - məlumatda deyilir.
Təşkilatçılar iyulun 30 və 31-nə nəzərdə tutulan yarışların vaxtında baş tutacağına əmindirlər.
Qeyd edək ki, Parisdə keçiriləcək Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]