OLİMPİYAÇILAR ÜÇÜN ELMİ-METODİK TÖVSİYƏLƏR HAZIRLANMIŞDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kitabçada Yunanıstanın iqlim xüsusiyyətləri haqqında məlumatlar, idmançıların yeni mühitə uyğunlaşması barədə tibbi məsləhətlər var. Nəşrdə Afina Olimpiadasının iştirakçısı olan ölkələrə dair informasiyaya geniş yer ayrılmış, idmanın 36 növü üzrə 301 medal oynanılacaq qarşıdakı yarışların məlumat cədvəli dərc edilmişdir.
Nazirlikdən onu da bildirmişlər ki, belə kitabça Azərbaycanda ilk dəfə hazırlanır.