Ölkələr vətəndaşlarına İtaliyaya səyahət etməməyi tövsiyə edir
Roma, 25 fevral, AZƏRTAC
Koronavirus təhlükəsi İtaliyada yayılmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, İtaliyada son məlumatlara əsasən, koronavirusdan ölənlərin sayı 7-yə, yoluxanların sayı isə 260-a çatıb. Həmçinin İspaniyanın kurort şəhəri olan Tenerifedə istirahət edən bir italyanda da koronavirus ehtimalı çıxıb.
Bununla bağlı olaraq İtaliya iqtisadiyyatını çox güclü zərbə gözləyir. Belə ki, dünyanın bir sıra ölkələri vətəndaşlarına İtaliyaya getməməyi tövsiyə edir. Bunlar sırasında İsrail, İrlandiya, Yunanıstan, Xorvatiya, Almaniya, Böyük Britaniya və ABŞ var. Hazırda İtaliya birinci dərəcəli təhlükə statusu alıb. Fransa Lombardiya və Venetodan qayıdan bütün vətəndaşlarını 14 günlük karantinə alıb.
Son xəbərə görə isə Bolqarıstan da Milana olan bütün uçuşlarını martın 27-dək dayandırıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]