Ölkəmiz BMÜTT-nin ikinci Avrasiya dağ kurort konfransında təmsil olunub
Bakı, 17 oktyabr, AZƏRTAC
Şahdağ Turizm Mərkəzinin direktorunun birinci müavini Rüstəm Nəcəfov Koreya Respublikasının Ulsan şəhərində keçirilən Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının ikinci Avrasiya dağ kurort konfransına qatılıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, R.Nəcəfov konfransın 5-ci sessiyasında “Məhsul inkişafı, diversifikasiya və yeniliklər: demoqrafik çağırışlara cavab vermək və müəyyən edilmiş bazarlarda yeni müştərilərin tapılmasına yönəlmiş strategiyalar” mövzusu üzrə paneldə çıxış edib.
Çıxışı zamanı Şahdağ Turizm Mərkəzi haqqında ümumi məlumat verdikdən sonra Rüstəm Nəcəfov mərkəzdə həyata keçirilmiş təcrübələr və gələcək planlar haqqında öz fikirlərini bölüşüb.
Sonda iştirakçıları maraqlandıran sualları cavablandırılıb.