ÖLKƏMİZDƏ DAHA BİR ZƏNGİN QIZIL YATAĞI AŞKARLANMIŞDIR
Bakı, 23 aprel (AZƏRTAC). Göygöl rayonunda, “Göygöl” adlanan daha bir zəngin qızıl yatağı aşkar olunmuşdur.
Bu haqda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov aprelin 23-də keçirdiyi mətbuat konfransında məlumat vermişdir.
Son 7-8 ildə geoloqlar tərəfindən 170-ə yaxın müxtəlif faydalı qazıntı yatağının aşkarlanaraq istehsalçılara təhvil verildiyini deyən nazir bildirmişdir ki, regionların inkişafı ilə əlaqədar olaraq rayon icra hakimiyyətləri tərəfindən geoloji axtarışların aparılması üçün daha çox müraciətlər edilir. Hazırda geoloqlar tək Kiçik Qafqazda deyil, Böyük Qafqaz və Talış dağlarında da faydalı qazıntı yataqlarını axtarır, kəşfiyyat işlərini davam etdirirlər.
H.Bağırov vurğulamışdır ki, Daşkəsən rayonu ərazisində yerləşən “Çovdar” qızıl yatağının istismarına 2012-ci ildə başlanılması planlaşdırılır. Artıq yataqda kəşfiyyat işləri yekunlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]