Ölkəmizdə hər il İKT üzrə nə qədər mütəxəssis hazırlanır?
Bakı, 20 dekabr, AZƏRTAC
Ölkəmizdə İKT üzrə hər il təxminən 3500 mütəxəssis hazırlanır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin dekabrın 20-də Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Gömrük tarifi haqqında” və “Sosial sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsi zamanı deyib.
Komitə sədri yeni sənədin qəbul edilməsinin İKT sahəsində yeni tarixin başlanğıcı olacağını qeyd edib. Bildirilib ki, qanun layihələri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər Proqramı”na uyğun olaraq informasiya və kommunikasiya texnologiyalarının inkişafını özündə ehtiva edir.
T.Mirkişili İKT mütəxəssislərinin sayının artırılmasını dövrün mühüm və qlobal məsələlərindən olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]