Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ölkəmizi tanıyaq” tur-aksiyasının birinci mərhələsi gənc nəslin vətənpərvərlik tərbiyəsinə mühüm töhfə oldu

Şəki-Gəncə-Quba, 9 sentyabr (AZƏRTAC). Bu gün müstəqil Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu il avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın birinci mərhələsi də məhz bu amala - ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə xidmət etmək məqsədi daşıyırdı.

Prezident İlham Əliyev bu günlərdə böyük müvəffəqiyyətlə başa çatan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının anonsunu hələ bir il bundan əvvəl 2013-cü il sentyabrın 5-də Lənkəranda Gənclər Mərkəzinin açılışında cənub bölgəsinin gəncləri ilə görüşü zamanı verərək demişdi: “Tövsiyə etmək istərdim ki, bizim vətəndaşlar, yəni, müxtəlif bölgələrdə yaşayan vətəndaşlar vaxt tapıb digər bölgələrə də getsinlər. Yəni, cənub zonasının uşaqları getsinlər şimal zonasına, şimaldan gəlsinlər cənuba. Bu olarsa, onda hər bir yerdə yaşayan vətəndaş ölkənin ümumi inkişafını daha da əyani şəkildə görər. Mən bunu görürəm, çünki son 10 il ərzində bölgələrdə bəlkə min dəfə olmuşam. Yəqin ki, mindən çox tədbir olubdur. Ancaq bölgələrdə yaşayan əhalinin böyük əksəriyyəti yalnız öz bölgəsinin inkişafını görür. Ona görə, arzu edirəm ki, çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir. Həm təbiət müxtəlifliyi, eyni zamanda, mədəniyyət müxtəlifliyi vardır. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir”.

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə təşkil edilən bu tur-aksiya Azərbaycan Prezidentinin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Bir aydan artıq davam edən tur-aksiyanın birinci mərhələsinə 53 şəhər və rayondan 2385 nəfər iştirakçı qatılıb. Tur iştirakçılarının 2120 nəfərini məktəblilər, 265 nəfərini isə müşayiətçilər təşkil ediblər. Hər biri 45 nəfərdən (40 şagird və 5 müşayiətçi) ibarət ekskursiya qrupları hərtərəfli rahatlığı ilə seçilən xüsusi avtobuslarla ölkəmizin müxtəlif bölgələrinə səyahət ediblər.

Ekskursiya turları 3 istiqamətdə - Gəncə-Göygöl-Şəmkir, İsmayıllı-Qəbələ-Şəki və Quba-Qusar-Xaçmaz marşrutları üzrə həyata keçirilib. Bu bölgələr heç də təsadüfi seçilməyib. 2016-cı il üçün “Avropanın Gənclər Paytaxtı” seçilmiş Gəncə şəhəri, Azərbaycanın qədim sənətkarlıq və mədəniyyət mərkəzi Şəki və 2014-cü il üçün “Azərbaycanın Gənclər Paytaxtı” elan edilmiş Quba şəhəri tarixilik baxımından da ölkəmizin mühüm əhəmiyyət kəsb edən qədim diyarlarıdırlar. XVIII əsrdə xanlıqların paytaxtı olmuş bu şəhərlərə, Azərbaycanın azadlığı, müstəqilliyi və birliyi uğrunda mübarizə aparmış Cavad xanın, Hacı Çələbi xanın, Fətəli xanın məmləkətlərinə ekskursiyalar, şübhəsiz, məktəblilərin yaddaşında xoş xatirə kimi əbədi qalacaqdır.

Bir aydan artıq davam edən tur-aksiya çərçivəsində məktəblilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Gənclər mərkəzləri, Bayraq meydanları, parklar, şəhərlərin görməli yerləri ilə də yaxından tanış olmaq imkanı əldə ediblər. Tur-aksiya iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti, diqqət və qayğısı sayəsində şəhər və rayonlarımızın necə sürətlə inkişaf etdiyini, sosial-iqtisadi tərəqqini əyani şəkildə görüblər.

Ekskursiya turları zamanı həyata keçirilən bütün tədbirlərin, məktəblilərin yolasalınma və qarşılanma mərasimlərinin, tarixi məkanlara səyahətlərin respublikanın aparıcı informasiya agentliyi olan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) xətti ilə, həmçinin televiziya kanallarında yüksək səviyyədə və operativ surətdə işıqlandırılması təmin olunub. Həmin müddətdə AZƏRTAC-ın saytında tur-aksiya ilə bağlı 279 informasiya, müsahibə və video-xəbər yerləşdirilib. Bu materialların yarıdan çoxu rəsmi dövlət qəzetlərində dərc edilib.

Respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur-aksiyası ölkə vətəndaşları tərəfindən də böyük razılıq hissi və rəğbətlə qarşılanıb. Sadə insanların, ziyalıların, müəllimlərin, valideynlərin yekdil rəyinə görə, bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verəcəkdir.

Bu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Çinin Nankin şəhərində yeniyetmələr arasında keçirilən ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edərkən gənclərə olan sevgi və məhəbbətini bir daha nümayiş etdirərək deyib: “Azərbaycan gəncləri bizim qürur mənbəyimizdir. Mən gənclərlə Bakıda, bölgələrdə tez-tez görüşürəm, onlara ürək sözlərimi deyirəm və qeyd edirəm, biz fəxr edə bilərik ki, müstəqil Azərbaycanın gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar və öz işi ilə ölkəmizin inkişafına töhfə verirlər”.

Bəli, dövlətimizin başçısının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın birinci mərhələsi uğurla başa çatdı. Bu aksiya məktəblilərin hafizəsində silinməz izlər buraxdı, onların Vətən haqqındakı təsəvvür və təəssüratlarını, biliklərini daha da zənginləşdirdi, gənclərə Vətəni sevməyi öyrətdi. Cari ilin noyabr və 2015-ci ilin mart aylarında maarifləndirici tur-aksiyanın müvafiq olaraq ikinci və üçüncü mərhələlərinin keçirilməsi nəzərdə tutulur. Göründüyü kimi, məktəbli gəncləri hələ qarşıda neçə-neçə maraqlı ekskursiya və səyahətlər gözləyir.

Mustafa Dadaşov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO