ÖLKƏMİZİN AVROPAYA İNTEQRASİYASINDA GÖMRÜKÇÜLƏRİN ROLU BÖYÜKDÜR
İnteqrasiya proseslərində gömrük orqanlarının iştirakından söz açan Kəmaləddin Heydərov beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı, layihələrin həyata keçirilməsində qarşılıqlı əlaqələri müsbət qiymətləndirmişdir. O, gömrük orqanlarının qarşısında təxirəsalınmaz vəzifələrin dayandığını söyləmiş, 11 sentyabr terror hadisələrindən sonra gömrük işinin prinsiplərində də əsaslı dəyişikliklərin baş verdiyini bildirərək demişdir ki, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması vəzifəsinə beynəlxalq sabitliyin və təhlükəsizliyin təminatına dəstək verilməsi kimi çox mühüm funksiya da əlavə olunmuşdur.
Stef Qoris səfərin məqsədini açıqlamış, Azərbaycanla Avropa İttifaqı arasında yaranan əlaqələrin daha da möhkəmlənməsi üçün görülən işləri təqdir etmişdir. Cənubi Qafqazda təhlükəsizlik və müdafiə məsələlərində Azərbaycanın mövqeyini yüksək qiymətləndirən qonaq əməkdaşlığın perspektivlərindən, ölkəmizin Avropa strukturlarına inteqrasiyasında gömrük xidmətinin rolundan danışmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.