ÖLKƏNİN REGİONLARINDA “SAHİBKARLIĞIN ƏSASLARI” KURSLARI KEÇİRİLİR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı”na müvafiq olaraq ölkənin bütün şəhər və rayonlarında məşğulluq xidməti orqanları tərəfindən iş axtaranların və işsiz vətəndaşların, xüsusilə də gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların bu sahədə maarifləndirilməsi məqsədi ilə “Sahibkarlığın əsasları” mövzusunda 2 aylıq kurslar təşkil edilmişdir.
Bu kurslarda müdavimlərə qabaqcıl sahibkarların təcrübəsi, iqtisadiyyatın mövcud vəziyyəti, perspektivləri barədə məlumatlar verilir. Kompüterlə işləmək qaydalarının və xarici dillərin də tədris olunduğu bu təlimlərdə indiyədək 355 nəfər iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]