OMBUDSMAN ƏFVLƏ BAĞLI MÜRACİƏT ETMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, baxışlar zamanı bir sıra məhkumlar əfv edilmələri barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunmasını xahiş etmişlər. E.Süleymanova ona müraciət etmiş digər məhkumlarla yanaşı, yetkinlik yaşına çatmayan məhkumların və qadın məhkumların əfv edilməsinin mümkünlüyünü araşdırmış, onların bəzilərinin törətdikləri əməllərdən peşmançılıq çəkdiklərini, islah olunduqlarını və artıq cəmiyyət üçün ictimai təhlükə törətmədiklərini nəzərə alaraq, əfv olunmaları ilə bağlı ölkə Prezidentinə müvafiq qaydada müraciət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]