OMBUDSMAN GRECO-NUN NÜMAYƏNDƏLƏRİİLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, E.Süleymanova qonaqlara ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermişdir. O, korrupsiya ilə mübarizə məqsədi ilə dəyirmi masalar təşkil edildiyini, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)” qəbul olunduğunu qonaqların diqqətinə çatdırmışdır.
Müvəkkil GRECO-nun nümayəndələrini müntəzəm qarşılıqlı əməkdaşlığa, bu sahədə işi daha da təkmilləşdirməyə çağırmışdır. O, dövlət orqanlarında çalışan əməkdaşlar üçün birgə maarifləndirmə seminarları və treninqlərin keçirilməsinin, müştərək hüquqi nəşrlərin, habelə tədris modullarının hazırlanmasının, regionlarda fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulamış, qonaqların suallarını cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]