OMBUDSMAN PRAQAYA YOLA DÜŞMÜŞDÜR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, bu beynəlxalq tədbirə Avropa və MDB ölkələrini təmsil edən ombudsmanlar qatılacaqlar.
Konfransdan məqsəd ombudsmanların fəaliyyətini istiqamətləndirmək, qarşılıqlı faydalanmaq, fikir mübadiləsi aparmaqdır.
Ombudsmanlar inkişaf etmiş ölkələrdən olan həmkarlarının iş təcrübəsini öyrənəcək, insan hüquqlarının qorunması və həyata keçirilməsində ombudsman təsisatlarının rolunu təhlil edəcəklər.