Ömər Çelik: Ermənistanın təcavüzkarlığını və onu dəstəkləyən ölkələri bir daha kəskin şəkildə qınayırıq
Ankara, 9 noyabr, AZƏRTAC
Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini uzun illər işğalda saxlayıb. Ermənistanın təcavüzkarlığını və onu dəstəkləyən ölkələri bir daha kəskin şəkildə qınayırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik partiyasının İdarə Heyətinin iclasından sonra Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlarla bağlı açıqlamasında deyib.
Ermənistanın işğalçılıq siyasəti və təhdidləri nəticəsində bölgədə yaranmış gərgin vəziyyət, Azərbaycan Ordusunun əks-hücumları nəticəsində torpaqlarımızın bir hissəsinin azad edilməsi barədə ümumi məlumat verən AKP-nin sözçüsü deyib: “Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin işğaldan azad edilməsi əsl qəhrəmanlıq və tarixi hadisədir. Strateji yüksəklikdə yerləşən Şuşanın azad edilməsi Azərbaycanın işğal altındakı torpaqlarının qalan hissəsinin də tezliklə azad olunacağını göstərir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]