“OPEC+” ölkələri keçən ilin aprelindən bəri neft hasilatını 2,6 milyard barrel azaldıb
Bakı, 2 aprel, AZƏRTAC
Ötən ilin aprelindən bu ilin fevralınadək OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələr (“OPEC+”) neft hasilatını 2,6 milyard barrel azaldıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “OPEC+” nazirlərinin 15-ci videogörüşündə deyilib.
Qeyd olunub ki, nəticədə bu, neft bazarının tarazlığını sürətləndirib.
İclasda qlobal miqyasda peyvənd proqramlarının bazardakı inkişafları dəstəklədiyi bildirilib, əsas iqtisadiyyatlardakı stimul paketləri, son həftələrdə müşahidə olunan bazar dəyişkənlikləri fonunda ehtiyatlı davranmağın və bazardakı inkişafların izlənilməsində ayıq yanaşmanın əhəmiyyəti vurğulanıb.
Nazirlər kompensasiya planlarını təqdim edən və həddindən artıq istehsal edilmiş həcmlərin kompensasiyası istiqamətində işləri davam etdirən ölkələrə təşəkkürlərini bildirib, bütün iştirakçıları bazarda balanslaşdırma məqsədinə çatmaq və prosesdə həddindən artıq gecikmənin qarşısını almaq üçün tam əməletmə səviyyəsini təmin etməyə çağırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]