Azərbaycan Dövlət İnformasiya Agentliyi

Operator sənəti üzrə qabiliyyət imtahanında abituriyentlər hansı qaydalara riayət etməlidir

Operator sənəti üzrə qabiliyyət imtahanında abituriyentlər hansı qaydalara riayət etməlidir

Bakı, 27 may, AZƏRTAC

Operator sənəti ixtisasını seçən abituriyentlər ixtisas üzrə qabiliyyət imtahanı verirlər. İmtahan müsahibə və təcrübi yaradıcılıq mərhələlərindən ibarətdir.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, operator sənəti ixtisasını seçən abituriyentlər imtahana gələn zaman natura, interyer və pavilyonda gips büstü, portret-kompozisiya, natürmort və peyzaj janrlarında çəkdikləri 15-20 ədəd fotoqrafik işi komissiyaya təqdim etməlidirlər. Təqdim edilən işlər fotolentə və ya rəqəmsal daşıyıcıya çəkilməli, 15x21 santimetr formatında çap olunmalıdır. Fotoşəkillər paspartu üzərinə yapışdırılaraq imzalanmalı və qovluqda təqdim edilməlidir. Onların fotoqrafik keyfiyyəti, texniki səviyyəsi yüksək olmalıdır. Abituriyent çəkdiyi fotoişlərin bədii təsvir həlli, onların texniki icraatı haqqında komissiya üzvlərinə təfsilatlı məlumat verməli, tam orta məktəb proqramı çərçivəsində fizika fənni üzrə optika və elektromaqnetizm bəhsləri, həmçinin dünya və Azərbaycan kinosu ilə bağlı sualları cavablandırmalıdır.

İmtahanın müsahibə mərhələsində abituriyent təqdim etdiyi, eləcə də imtahanın birinci mərhələsində fotostudiya və naturada çəkdiyi şəkillər haqqında məlumat verməli, nümayiş etdirdiyi fotoişlərə və imtahana gətirdiyi şəxsi fotoaparatına istinadən Qabiliyyət İmtahanı Komissiyası üzvlərinin kadrdaxili informasiya, kompozisiyanın tərtib qaydaları, xətti və fəza (tonal) perspektivinin qabardılma üsulları, istifadə etdiyi işıq rəsmindən yararlanma zərurəti, işıq sxemində yerini tutmuş cihazların quruluşundan irəli gələn konkret funksiyalar barədə suallarına cavab verir. Bununla yanaşı, fotoaparatların, optik sistemlərin növləri, quruluşu, onlardan istifadənin spesifikası, kinolentlərin növləri, quruluşu, həndəsi parametrləri və fotoqrafik xassə göstəriciləri, rəqəmsal informasiya və onu təşkil edən komponentlər, optik filtrlərdən istifadə zərurəti, onların növləri və klassifikasiyası, işıq və onun fiziki xassələri, işıq hadisələri ilə bağlı sualları cavablandırır.

Abituriyent təsviri incəsənət, fotoqrafiya və kino tarixi, bu sahələrdə çalışan sənətçilər və onların yaradıcılıq üslubları, Azərbaycan kinosunun müxtəlif inkişaf mərhələlərində çəkilmiş filmlərə istinadən operator işi, milli kinooperator məktəbinin nümayəndələri, onların peşə özəllikləri, milli kinoya gətirdikləri yeniliklərlə bağlı suallara cavab verir.

İmtahanın təcrübi yaradıcılıq mərhələsində abituriyentin ixtisasla bağlı qabiliyyət göstəriciləri yoxlanılır. İmtahan günü abituriyent özünün rəqəmsal aparatı ilə günün birinci yarısında 3 saat ərzində süni işıqlandırma vasitəsilə texniki avadanlıq, gips heykəl, canlı model və əlbəsə ilə təchiz olunmuş xüsusi auditoriyada fərqli 3 janrda (gips-1 şəkil, portret-1 şəkil, natürmort-1 şəkil), eləcə də həmin günün ikinci yarısında digər 3 saat ərzində təbii işıqlandırma şəraitində naturada portret (1-2 şəkil), peyzaj (2-3 şəkil) və müşahidə xarakterli janr səhnəciyi (2-3 şəkil) çəkərək vizual informasiyanı şifrələnmiş hard disk toplayıcısına köçürmək üçün aparatın yaddaş kartını imtahan komissiyasına təhvil verir.

Çəkiliş prosesində aşağıdakı tələblərə riayət olunur:

1. Fotoaparatın yaddaş kartı çəkilişdən öncə formatlaşdırılır.

2. Fotokamera abituriyentin özü tərəfindən çəkilişlərə hazırlanır və bütün korreksiyalar yalnız çəkiliş prosesinin gedişatı zamanı reallaşdırılır. Hazırlıq prosesində aparıla bilən tənzimləmələr: çəkiliş rejiminin seçimi (manual və ya avto), ağ-qara və ya rəngli təsvir, təzadlılıq və rəng çalarlılığı və koloristik həll (Picture Style və s.).

3. Çəkiləcək kadrların sayına məhdudiyyət qoyulmur.

4. Çəkilmiş kadrların yaddaş kartından silinməsinə icazə verilmir.

5. Çəkiliş prosesində əldə olunmuş foto görüntülərin daha sonra fərqli proqramlarda transformasiyasına icazə verilmir.

6. Qəbul komissiyasına təhvil veriləcək fotoqrafik şəkillərin sayı (dubllar nəzərə alınmır) 8-11 ədəd olmalıdır.

İmtahanın hər bir mərhələsinin (müsahibə və təcrübi yaradıcılıq) nəticəsi 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın müsahibə mərhələsindən 5 və daha yüksək qiymət alan abituriyentlər təcrübi yaradıcılıq hissəsinə buraxılır. İki hissə üzrə qiymətlərin ədədi ortası əsasında yekun qiymət çıxarılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır