ORDU SIRALARINA ÇAĞIRIŞ BAŞA ÇATMIŞDIR
Ağsu rayonunda gənclərin hərbi xidmətə növbəti çağırışı başa çatmışdır. Yolasalma mərasimlərində çağırışçılar Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarını, hərbi texnikaya və döyüş vərdişlərinə mükəmməl yiyələnəcəklərini bildirmişlər.
Rayon Hərbi Komissarlığından AZƏRTAC-a bildirmişlər ki, ordu sıralarına çağırılan gənclər arasında idmanın ayrı-ayrı növləri üzrə beynəlxalq yarışların mükafatçıları, habelə dərəcəli idmançılar da vardır.