Orta Asiya xəbər portalı Prezident İlham Əliyevin Özbəkistana səfərini geniş işıqlandırıb
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi ziyarəti Almatı və Bişkek mərkəzli “Golden Bridge News” xəbər portalında türk və rus dillərində AZƏRTAC-ın materialları əsasında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, pandemiya məhdudiyyətindən sonra ilk dəfə olaraq xarici ölkə ziyarətinə Özbəkistandan başlayan Azərbaycan Prezidenti İlham Əliyevin qardaş dövlətə səfərinin əhəmiyyətini qeyd edən goldenbridgenews.com portalı rəsmi qarşılanma, görüşlər, Daşkənddə Heydər Əliyev meydanının açılışı, Ürgənc ziyarəti və digər təmasları geniş oxucu kütləsinə çatdırır.
Rəsimlərlə birgə təqdim olunan xəbərdə Azərbaycan və Özbəkistan arasında yeni əlaqələr dönəminin başlandığı, Prezidentlər İlham Əliyev ilə Şevket Mirziyoyevin isti, səmimi, mehriban görüşlərinin özbək xalqı tərəfindən hərarətli alqışlarla qarşılandığı xüsusi vurğulanır.