Ötən 9 ayda kompüter və elektron məhsulların istehsalı 35,0 faiz artıb
Bakı, 14 oktyabr, AZƏRTAC
2017-ci ilin yanvar-sentyabr aylarında kompüter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 158,9 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kompüter və elektron məhsulların istehsalı 35,0 faiz, elektrik avadanlıqlarının istehsalı isə 65,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki doqquz ay ərzində əvvəlki illə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 28,5 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,0 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 36,2 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]