Ötən ay Azərbaycanda 84 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb
Bakı, 3 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) həyata keçirdiyi audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 1178 informasiya resursunda təhlükəsizlik boşluqları müəyyən edilib və onların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq bildirişlər göndərilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 49,5 faiz çoxdur.
Noyabr ayında 84 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da ötən ilə nisbətən 8 faiz çoxdur.
Qeyd edək ki, ötən il dövlət qurumlarının ümumilikdə 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanmışdı. Bu isə əvvəlki illə müqayisədə 23 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:43]
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
- 08.06.2026 [12:05]
® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda
- 08.06.2026 [11:47]
Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb
- 08.06.2026 [10:52]
Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib
- 08.06.2026 [10:23]
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO
- 08.06.2026 [10:20]