Ötən ay şəkər və qənnadı məmulatları üzrə ixrac gəlirləri 3 dəfəyə yaxın artıb
Bakı, 20 fevral, AZƏRTAC
Cari ilin yanvar ayında Azərbaycan 16 milyon 180,8 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. Bu göstərici 2025-ci ilin eyni ayı ilə müqayisədə 6,06 faiz azdır.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə, həmçinin ölkədən 3 milyon 914,6 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib. Bu isə illik müqayisədə 2,72 dəfə artım deməkdir.
Yanvarda şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,18 faizini, idxalı isə ümumi idxalın 1,24 faizini təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]