Ötən gün Bakıda havanın maksimal temperaturu iqlim normasını 3 dərəcə ötüb
Bakı, 19 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 19-na olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Şahdağda 3, Qrızda 2, Şəmkir, Göygöl, Daşkəsən, Şəki, Quba, Qusar, Yevlax, Göyçay, Sabirabadda 1 millimetrədək olub.
Cənub-qərb küləyi əsib, arabir Daşkəsəndə 23 metr/saniyəyədək güclənib.
Avqustun 18-də Bakıda havanın maksimal temperaturu iqlim normasını 3 dərəcə ötüb. Belə ki, Bakıda və Abşeron yarımadasında 34°-dək, Naxçıvan Muxtar Respublikasında 36-40°, Aran rayonlarında 33-35°, dağlıq rayonlarda 28°-dək isti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]