Ötən həftə Azərbaycanda 25 min 895 nəfər koronavirusa yoluxub
Bakı, 2 dekabr, AZƏRTAC
Hazırda Azərbaycanda pandemiyanın 41-ci həftəsi yaşanır. Ötən həftə ölkəmizdə 25 min 895 nəfər koronavirusa yoluxub. Koronavirus səbəbindən 232 nəfər həyatını itirib. Gündəlik yoluxmalarda müayinə əmsalında ən yüksək göstərici aşkarlanıb - 29 faiz. Ölkə üzrə ümumi ölüm faizi 1.1 faiz təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
“Digər ölkələrdə ölüm göstəricilərinə nəzər salsaq, Türkiyədə bu rəqəm 2.1 faiz, Böyük Britaniyada 3.6 faiz, ABŞ-da 2 faiz, Kanadada 3.2 faiz, Avropa İttifaqı ölkələrində isə 2.3 faiz təşkil edib”, - deyə o bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]