Ötən il Azərkosmosun ixrac etdiyi xidmətin dəyəri 26,6 milyon ABŞ dolları olub
Bakı, 2 fevral, AZƏRTAC
2022-ci ilin yanvar-dekabr aylarında Azərkosmos tərəfindən dünyanın 42 ölkəsinə 26,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla bildirir ki, Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 faizini təşkil edib. 2022-ci ilin dekabr ayında isə Azərkosmos dünyanın 36 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Ötən ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 6,5 milyon dollarla Birləşmiş Krallıq, 6 milyon dollarla Fransa, 4,3 milyon dollarla Lüksemburq, 2,2 milyon dollarla Birləşmiş Ərəb Əmirlikləri və 1,5 milyon dollarla Pakistan qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]