Ötən il Beyləqanda 102 hektar sahədə yeni meşələr salınmışdır
Beyləqan, 7 yanvar (AZƏRTAC). Beyləqan rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Rayon meşə mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, 2012-ci ildə Beyləqan və İmişli rayonları ərazisində 102 hektar sahədə göyrüş, akasiya, qarağac, tut və iydə ağaclarından ibarət yeni meşələr salınmış, 130 hektar sahədə bərpa işləri aparılmışdır. Kökləndirmək üçün 1 hektar sahədə 50 min ədəd qələm basdırılmış, 3 hektar sahədə sərv və enliyarpaq ağaclarından ibarət (120 min ədəd) böyütmə sahəsi yaradılmış, 3,1 hektar sahədə tinglik səpilmiş, 1994 kiloqram toxum tədarük edilmişdir. Meşə əkinlərinin salınmasına və köhnə meşələrin bərpasına 420 min ədəd əkin materialı sərf edilmişdir.
2013-cü ildə daha 100 hektar sahədə yeni meşələrin salınması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]