Ötən il Daşkəsəndə 228 milyon 833 min manatlıq ümumi məhsul buraxılıb
Daşkəsən, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın digər bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da ötən ilə uğurlu iqtisadi göstəricilərlə yekun vurulub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2019-cu ildə Daşkəsəndə faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi 228 milyon 833 min manat olub. Bu, əvvəlki ilə nisbətən 8,2 faiz çoxdur.
Ümumi məhsul buraxılışında 2019-cu ildə sənaye üzrə 141 milyon 467 min manat (21,5 faiz çox), nəqliyyat və anbar təsərrüfatı üzrə 3 milyon 276 min manat (3 faiz çox), informasiya və rabitə üzrə 238 min manat (5 faiz çox), ticarət-nəqliyyat vasitələrinin təmiri üzrə 23 milyon 395 min manat (2 faiz çox) olub.
Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:09]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:02]
Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]
Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub
- 16.10.2026 [17:38]
Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur
- 16.10.2026 [17:26]