Ötən il Gürcüstanda avtomobil yanacağının qiyməti bahalaşıb
Tbilisi, 19 yanvar, AZƏRTAC
Gürcüstanda 2019-cu ildə avtomobil yanacağının qiyməti 8 tetridən 29 tetriyədək bahalanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Neft İdxalatçıları İttifaqı məlumat yayıb.
Məlumatda deyilir ki, 2019-cu ilin əvvəlində benzinin qiyməti markasından asılı olaraq 8 tetridən 16 tetriyədək bahalanıb.
Dizel yanacağının qiyməti isə 16 tetridən 29 tetriyədək bahalanıb.
Hazırda Gürcüstanda yanacaq doldurma məntəqələrində əla markalı (A-98) benzinin bir litri 2,68-2,78 lari (90-95 ABŞ senti), premium (A-95) markalı benzin 2,59-2,65 lari, requlyar markalı (A-92) benzin isə 2,45-2,57 lariyə satılır. Avro dizelin bir litri 2,66-2,79 lariyə, adi dizel yanacağı isə 2,69-2,71 lariyədir.
Bu qiymətlər 2019-cu ilin dekabr ayındakı qiymətlərlə eynidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]