ÖTƏN İL RAYONDA 777 NƏFƏR DAİMİ İŞLƏ TƏMİN OLUNMUŞDUR
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, 2005-ci il ərzində rayon məşğulluq mərkəzinə müraciət edən 1004 iş axtaranın 777-si daimi işlə təmin olunmuşdur. Onların 22 nəfəri qaçqın və məcburi köçkün, 216 nəfəri qadın, 471 nəfəri isə gənclərdir.
Bundan əlavə, 17 nəfərə işsizlik statusu verilmiş, 22 nəfərə müavinət ödənilmiş, 27 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunmuşdur.