Ötən il Türkiyəyə 44 milyondan çox turist gəlib
Bakı, 31 yanvar, AZƏRTAC
2022-ci ildə Türkiyəyə 44 milyondan çox xarici turist gəlib. Onlardan 5,67 milyonu almaniyalıdır.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ötən il ölkəyə edilən turist səfərlərinin sayına görə, Almaniya liderdir - 12,7 faiz. Siyahıda ikinci yerdə rusiyalılar qərarlaşıb. Türkiyəyə xarici turist axınında Rusiya vətəndaşlarının payı 11,7 faiz (5,2 milyon nəfər) təşkil edib.
Reytinqin ilk beşliyinə, həmçinin 3,37 milyon turistlə Böyük Britaniya, 2,8 milyon turistlə Bolqarıstan və 2,3 milyon turistlə İran daxil olub.
Ümumilikdə isə ötən il Türkiyəyə 44,56 milyon turist gəlib ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur. Ölkəyə turist axını demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]