ÖTƏN İL XANLAR RAYONU ÜÇÜN UĞURLU OLMUŞDUR
Keçən il Xanlar rayonu üçün əsil yüksəliş ili olmuş, 20 milyon manatdan (AZN) artıq gəlir əldə edilmişdir. Kənd adamları 13 min 500 hektar sahədən əvvəlki ilə nisbətən 1804 ton çox taxıl, 617 ton çox kartof istehsal etmişlər. Mal-qaranın baş sayı çoxalmış, ət istehsalını nəzərəçarpacaq dərəcədə artırmışlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ötən il yeni istehsal sahələri istifadəyə verilmiş, 2 minə yaxın sakin işlə təmin olunmuşdur.