Ötən il Yevlaxda 91 hektar sahədə yeni meşələr salınmışdır
Yevlax, 13 yanvar (AZƏRTAC). Yevlax rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Rayon meşə mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, 2012-ci ildə 91 hektar sahədə akasiya, göyrüş, qarağac, ağcaqayın, tut və iydə cinslərindən ibarət yeni meşələr salınmış, 74 hektar sahədə bərpa işləri aparılmışdır. Kökləndirmək üçün 1 hektar sahədə müxtəlif cinslərdən 40 min ədəd qələm basdırılmış, 2,5 hektar sahədə böyütmə sahəsi (101 min ədəd) yaradılmışdır. 3,5 hektar sahədə tinglik səpilmiş, 706 kiloqram toxum tədarük edilmişdir.
Cari ildə rayon ərazisində yeni meşələrin salınması davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]