OXATMA ÜZRƏ BAKI KUBOKUNUN SAHİBLƏRİ MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, “Neftçi” İSM–də kişi və qadınlar arasında oxatma üzrə Bakı şəhər kuboku yarışlarına yekun vurulmuşdur. İki gün davam edən yarışda 20 kişi və 17 qadın komandası qələbə uğrunda mübarizə aparmışdır.
Kişilər arasında Emil Akçurin, Elçin Bilalov, Sergey Kazakov, qadınlar arasında isə Svetlana Simonova, Səidə Orucova, Marina Aydarova, müvafiq olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutmuşlar.