Özbəkistan, Əfqanıstan və Pakistan hökumətləri dəmir yolu layihəsini imzalayacaqlar
İslamabad, 24 aprel, Hilal Əhməd, AZƏRTAC
Özbəkistan, Əfqanıstan və Pakistan hökumətləri tezliklə regional əlaqəni inkişaf etdirmək üçün dəmir yolu layihəsini imzalayacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə telefon danışığı aparıb və onunla təklif olunan layihəni müzakirə edib.
Pakistanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Baş nazirin müavini Özbəkistan-Əfqanıstan-Pakistan dəmiryolu xətti layihəsi ilə bağlı Kabildə apardığı son müzakirələri qarşı tərəflə bölüşüb.
Tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi məsələlərini müzakirə edib, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]