RƏSMİ XRONİKA
ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İSLAM KƏRİMOVA
Hörmətli İslam Abduqəniyeviç,
Qaşqadərya vilayətində baş vermiş avtomobil qəzası nəticəsində çoxsaylı insanların həlak olması barədə xəbər məni dərindən kədərləndirmişdir.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi başsağlığı verirəm, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 may 2009-cu il.