Özbəkistan Rusiyadan qaz idxalını 3,5 dəfə artırmağı planlaşdırır
Bakı, 21 fevral, AZƏRTAC
Özbəkistan hökuməti Rusiyadan qaz idxalını 3,5 dəfə artıraraq sutkada 32 milyon kubmetrə çatdırmağı hədəfləyir.
AZƏRTAC xəbər verir ki, “Gazeta.uz” saytının məlumatına görə, Özbəkistan hakimiyyəti Rusiyadan qaz idxalının həcmini artırmaq üçün magistral qaz sisteminin təkmilləşdirilməsinə 500 milyon dollar xərcləmək niyyətindədir.
“Özbəkistan Rusiyadan qaz tədarükünün həcmini sutkada 9 milyon kubmetrdən 32 milyon kubmetrədək artırmağı planlaşdırır”, - məlumatda belə deyilir.
2023-cü ilin oktyabrında Rusiya öz qazını Qazaxıstan ərazisi ilə Özbəkistana tədarük etməyə başlayıb. Tərəflər arasında imzalanan müqaviləyə görə, “Qazprom” iki il ərzində bu ölkəyə sutkada 9 milyon kubmetr qaz ixrac edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]