ÖZBƏKİSTANDA “ANAMIN DUALARI” ADLI BƏDİİ-SƏNƏDLİ FİLM ÇƏKİLİR
Çəkiliş qrupu A.Paşazadənin təhsil aldığı Buxarada, Daşkənddə çəkilişlər aparmış, onun dostları və tələbə yoldaşları ilə görüşmüşdür.
Ələkbər Muradov demişdir ki, biz Buxarada hacı Allahşükür Paşazadənin təhsil aldığı mədrəsədə, yaşadığı Qasımovlar ailəsində olduq, ona dərs deyən müəllimlərlə görüşdük, Daşkənd İslam Universitetində təhsil aldığı hücrədə çəkilişlər apardıq, tələbə yoldaşı, Özbəkistanın baş müftisi Əbdürrəşid Kori Bəhramovun onun haqqında xoş sözlərini lentə aldıq.