Özbəkistanda dünyanın ən böyük süzənəsi toxunub
Daşkənd, 4 aprel, АZƏRTAC
Aprelin 5-dən 10-dən Özbəkistanın Surxandərya vilayətində keçiriləcək Birinci Baxşi Festivalı çərçivəsində Baysun xalçaçıları dünyanın ən böyük süzənəsini toxuyublar.
AZƏRTAC xəbər verir ki, uzunluğu 25, eni altı metr, çəkisi 60 kiloqram olan süzənənin üzərində 25 toxucu və usta işləyib.
Baysun naxışlarının və ornamentlərinin yer aldığı süzənə regionun milli koloritini tam mənası ilə əks etdirir.
Xatırladırıq ki, süzənə ipək, məxmər və pambıq parça üzərində toxunan divar xalçasıdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [20:02]
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti olub
- 18.09.2026 [19:23]
Azərbaycanlı pianoçunun Varşavadakı konserti dinləyiciləri heyran edib
- 18.09.2026 [18:49]