Özbəkistanda “Qarabağda yenidən doğan günəş” adlı fotosərgi keçiriləcək
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 20-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Turan” kitabxanasında özbəkistanlı fotomüxbir Husniddin Atoevin “Qarabağda yenidən doğan günəş” adlı fotosərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, fotolar işğaldan azad olunmuş torpaqlara özbəkistanlı jurnalistlərin mediaturu çərçivəsində çəkilib. Fotolarda Ağdam, Şuşa, Füzuli şəhərlərinin, kənd və qəsəbələrimizin erməni işğalı nəticəsində dağıdılmış vəziyyəti və işğaldan sonra sözügedən ərazilərdə dövlətimiz tərəfindən aparılan quruculuq işləri əks olunub.
Tədbir çərçivəsində, həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 2020-ci ilin fevralında elan etdiyi “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” adlı müsabiqənin qalibləri - azərbaycanlı şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” və Özbəkistanın tanınmış şairi, yazıçı-publisist Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” poemaları təqdim olunacaq.
Sözügedən əsərlər Azərbaycan və özbək dillərinə tərcümə olunub. “Qarabağda yenidən doğan günəş” sərgisi fevralın 26-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:05]
Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda
- 12.10.2026 [14:32]
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə
- 12.10.2026 [14:22]
Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ
- 12.10.2026 [13:27]